Məhkəmə 4 il əvvəl dünyasını dəyişmiş şəxs barəsində həbs qərarı çıxarıb
02 May 2009 Şənbə 12:40
Bakı. Hafiz Heydərov - APA. Azərbaycanda vətəndaşların külli miqdarda pulunu mənimsədiyi üçün bir ay əvvəl barəsində məhkəmənin qərarı ilə axtarış elan olunmuş şəxsin 4 il əvvəl öldüyü müəyyənləşib.
Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini, 1947-ci il təvəllüdlü Balaəhməd Nəsir oğlu Məmmədov Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinib.

Nəsimi rayon Məhkəməsi B. Məmmədovun vətəndaşları aldadaraq külli miqdarda pulunu mənimsədiyi üçün bir ay əvvəl onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar verib. Nizami rayon Polis İdarəsinin 25-ci Polis Bölməsi əməkdaşlarının məhkəmə qərarı əsasında həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin yaşadığı ünvan müəyyən edilib. Həmin ünvana yollanan polis əməkdaşları maraqlı situasiya ilə qarşılaşıb. Araşdırmalar nəticəsində 62 yaşlı B. Məmmədovun 12 mart 2005-ci il tarixdə öldüyü məlum olub.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar