Məhəmmədi qəsəbəsi fasiləsiz içməli su ilə təmin ediləcək
25 Yanvar 2012 Çərşənbə 17:42
Bunun üçün qəsəbədə hər birinin tutumu 2500 kubmetr olan 2 su anbarı tikilir.
“Azərsu” Acıq Səhmdar Cəmiyyəti Bakıətrafı qəsəbələrin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir. “Azərsu” ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Abşeron rayonu Məhəmmədi qəsəbəsinin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması məqsədi ilə yeni layihənin icrasına başlanılıb.
Məhəmmədi qəsəbəsini fasiləsiz və keyfiyyətli içməli su ilə təmin etmək üçün qəsəbədə hər birinin tutumu 2500 kubmetr olan 2 su anbarı tikilir. Layihəyə əsasən anbarlardan qəsəbəyə özüaxımlı rejimdə olmaqla saniyədə 32 litr su ötürüləcək. Anbarların inşası ilə yanaşı, qəsəbədə 3300 metr uzunluğunda magistral və 66500 metr uzunluğunda şəbəkədaxili su xətləri çəkiləcək. Kanalizasiya sistemini yenidən qurmaq məqsədi ilə 66500 metr uzunluğunda kanalizasiya xətti çəkilərək yeni tikiləcək kollektora birləşdiriləcək.
2012-ci ilin birinci rübündə şəbəkənin yenidən qurulmasına başlanacaq və 2013-cü ildən etibarən Məhəmmədi qəsəbəsinin su təchizatı təmin olunacaq.
DOSTLARINLA PAYLAŞ: