Mayın 11-i Azərbaycanda qeyri-iş günüdür. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.
Nazirlər Kabinetindən bildirilib ki, Qələbə bayramı münasibətilə hər il mayın 9-u Azərbaycanda qeyri-iş günüdür. Bu il mayın 9-u həftənin şənbə gününə düşdüyündən, qüvvədə olan qanunvericiliyə əsasən, növbəti həftənin bazar ertəsi, yəni mayın 11-i də qeyri-iş günü sayılır.
APA