Mayda hava necə olacaq?
29 Aprel 2012 Bazar 10:36
Gələn ay bəzi yerlərdə temperaturun bir qədər yüksək olacağı gözlənilir.
May ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 17-19° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1° yüksəkdir. Gecə 11-16° isti, gündüz 19-24° isti, bəzi günlərdə 27-31° olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 18-21 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 17-21° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın, bəzi yerlərdə isə 1° yüksəkdir. Gecə 9-14° isti, gündüz 21-26° isti, bəzi günlərdə temperatur 28-33°-dək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına (norma 33-62 mm) yaxın, bəzi yerlərdə bir qədər çox olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən, Gədəbəy rayonlarında orta aylıq temperaturun 10-15° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecə 5-10° isti, gündüz 14-19° isti, bəzi günlərdə 22-27°-dək yüksələcəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına (norma 68-122 mm) yaxın, bəzi yerlərdə bir qədər çox olacağı proqnozlaşdırılır.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında orta aylıq temperaturun 17-20° isti olacaq. Bu da iqlim normasına yaxın və 1° yüksəkdir. Gecə 9-14° isti, gündüz 19-24° isti, bəzi günlərdə temperatur 27-32°-dək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına (norma 43-68 mm) yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 14-18° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1° yüksəkdir. Gecə 8-13° isti, gündüz 16-12° isti, bəzi günlərdə 25-30° isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına (norma 26-166 mm) yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı ehtimal edilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 18-21° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1° yüksəkdir. Gecə 11-16° isti, gündüz 20-25° isti, bəzi günlərdə isə temperatur 27-32°-dək yüksələcəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına (norma 26-62 mm) yaxın olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında orta aylıq temperaturun 15-19° isti olacağı proqnozlaşdırılır. Bu iqlim normasına yaxın və 1° yüksəkdir. Gecə 11-15° isti, gündüz 19-24° isti, bəzi günlərdə temperatur 26-30°-dək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 41-72 mm), olacağı gözlənilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar