Masallıda aztəminatlı ailələrə Novruz sovqatı paylanıb .
10 Mart 2012 Şənbə 19:30
Masallı Rayon İcra Hakimiyyəti tərəfindən Novruz bayramı münasibətilə rayondakı şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, qaçqın və məcburi köçkünlərə, digər aztəminatlı ailələrə bayram sovqatı paylanıb
. APA-nın cənub bürosunun məlumatına görə, RİH aparatının nümayəndələri şəhid ailələrinin, Qarabağ əlillərinin və məcburi köçkünlərin evlərinə baş çəkərək icra başçısı Qəzənfər Ağayevin Novruz təbrikini çatdırıblar və onların problemləri ilə maraqlanıblar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar