Martın 29-da yay vaxtına keçiləcək
Martın 29-da Azərbaycan ərazisində yay vaxtına keçiləcək. Məlumata görə, həmin gün saat 05:00-da saatların əqrəbləri 1 saat irəli çəkiləcək. Bununla da ölkədə qış vaxtı başa çatacaq.
Qeyd edək ki, qış və yay vaxtlarının tətbiqi barədə Nazirlər Kabineti 1997-ci ildə qərar verib. Qərara əsasən, hər il oktyabrın son bazar günündə ölkə ərazisində qış, martın son bazar günündə isə yay vaxtına keçilir.




Şərhlər