Ölkə

Martın 29-da yay vaxtına keçəcəyik

Mart ayının 29-u Azərbaycan yay vaxtına keçəcək.

· Xəbərçi
Martın 29-da yay vaxtına keçəcəyik
Nazirlər Kabinetinin «Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında» qərarına əsasən, martın 29-da saat 05:00-da respublika ərazisində saatlar 1 saat irəli çəkilməklə yay vaxtına keçiləcək.

Qeyd edək ki, Nazirlər Kabinetinin «Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında» qərarı 17 mart 1997-ci ildə qəbul edilib. Qərara əsasən, hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir.

Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir.
 
APA

Şərhlər