Ölkə

Marşrutların sahibkarlara verilməsi qaydaları

Nazirlər Kabineti «Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili, şəhərlərarası və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası»nı təsdiq edib.

· Xəbərçi
Marşrutların sahibkarlara verilməsi qaydaları
Nəqliyyat Nazirliyi tərəfindən keçiriləcək müsabiqələrdə marşrutlar paketi gəlirli və gəlirsiz marşrutlar daxil edilməklə formalaşdırıla bilər. Nəqliyyat Nazirliyi müsabiqə qalibinin maddi-texniki bazasını nəzərə alaraq, hər bir şəhərdaxili və şəhərlərarası marşruta 5 ilədək, lakin 3 ildən az olmayan müddətə, beynəlxalq marşruta isə 3 ilədək, lakin 1 ildən az olmayan müddətə müqavilə bağlayacaq. Qalib şirkət dövlət sifarişi əsasında sərnişin daşımalarını yerinə yetirə bilmədikdə isə ona Nəqliyyat Nazirliyi tərəfindən ən azı 15 gün əvvəl xəbərdarlıq olunacaq. Bundan sonra nazirlik həmin müqaviləni birtərəfli qaydada vaxtından əvvəl ləğv etmək hüququna malikdir.

Bununla belə, müsabiqə iştirakçıları üçün məhdudiyyətlər də qaydalarda əksini tapıb. Belə ki, əvvəllər təqdim edilmiş və hər hansı lotu udmuş avtonəqliyyat vasitələri gələcəkdə başqa lot üzrə müsabiqədə iştirak etmək üçün təqdim edilə bilməz.

Şərhlər