Lerikin kəndlərinə elektrik enerjisinin verilişi kəsilib
07 Noyabr 2011 Bazar Ertəsi 18:38
Rayonda qarın hündürlüyü 40, bəzi yerlərdə isə 50 sm-ə qədər yüksəlib.
2 günlük intensiv yağışlardan sonra Lerik rayonuna da güclü qar yağıb. Rayon mərkəzində qarın qalınlığı 35-40 sm, dağlıq ərazilərdə isə 50-60 sm -ə qədərdir. Sakinlər qar səbəbindən rayon mərkəzi ilə kəndlər arasında nəqliyyatla hərəkətdə çətinliklər olduğunu bildirirlər.
Hazırda 70 kəndə verilən elektrik enerjisi kəsilib. Buna səbəblərdən biri isə elektrik naqillərinin buz bağlamasıdır. Bundan başqa dağ kəndlərində 50-ə yaxın elektrik dayağı aşıb.
DOSTLARINLA PAYLAŞ: