Lerikdə həyat iflic olub
11 Noyabr 2011 Cümə 12:32
50-yə yaxın kənd işıqsız qalıb, 30-a yaxın kəndlə əlaqə tamam kəsilib.
Azərbaycanın Lerik rayonunda ötən gecə qopan fırtına rayonun elektrik təsərrüfatına ciddi ziyan vurub. Lerik rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, rayonun 50-yə yaxın kəndi işıqsız qalıb.

“Rayonun elektrik təsərrüfatı ötən illərin 60-cı illərindən qalma olduğu üçünə hava korlanan zaman problemlər yaranır. Onlarla kənd işıqsız qalır”, - deyə Habil Məlikov bildirib.

Lerikdə yaranan problemlərdən biri də, mərkəzlə 30-a yaxın kəndin nəqliyyat əlaqəsinin tamam kəsilməsidir. Hazırda 43 saylı Lerik yol İstismar İdarəsinin əməkdaşları yolların qardan təmizlənməsi istiqamətində çalışırlar. İdarənin rəisi Elxan Əliyevin verdiyi məlumata görə, günün sonuna qədər bir çox kəndlərin yolları təmizlənəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar