Lənkəranla Şəmkir də qazsız qalacaq
12 Yanvar 2012 Cümə Axşamı 18:53
Təmir işləri ilə əlaqədar adıçəkilən rayonlarda təbii qazın verilişində məhdudiyyətlər olacaq.
Sabah Lənkəran və Şəmkir rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq. Dövlət Neft Şirkətinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, təmir-bərpa işləri ilə əlaqədar, sabah yanvarın 13-də saat 10:00-dan 18:00-dək “Lənkəran” qaz paylayıcı stansiyasında, “Çinarlı” və “Şəmkir” avtomatik qazpaylayıcı stansiyalarında qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan zaman Lənkəran şəhəri daxil olmaqla Digah və Şilavar kəndləri, həmçinin Şəmkir şəhəri daxil olmaqla rayonun Çinarlı və Dəllər qəsəbələri, Əliyaqublu, Təzəkənd, Düzqışlaq, Dəllər-Cırdağan, Dəllər-Daşbulaq, Qaranühü, Çaparlı, Məşhədi Hüseynli və Yeni həyat kəndlərinə mavi yanacağın verilişində məhdudiyyətlər yaranacaq.
DOSTLARINLA PAYLAŞ: