Ölkə

Lənkəranda bayram yarmarkası keçirilir

Bu gün Lənkəran şəhər İcra Hakimiyyətinin (ŞİH) təşəbbüsü ilə şəhərin dəmiryolu vağzalının qarşısındakı meydanda Novruz bayramı münasibətilə kənd təsərrüfatı və ərzaq məhsullarının satış yarmarkası təşkil edilib.

· Xəbərçi
Lənkəranda bayram yarmarkası keçirilir
 APA-nın Cənub Bürosunun məlumatına görə, əhalinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkaya 300 tondan çox müxtəlif növ ərzaq məhsulları, o cümlədən meyvə-tərəvəz, ət, yağ, yumurta, süd məhsulları çıxarılıb. Məhsullar bazar qiymətindən orta hesabla 25-30% ucuz satılır.

Bayram bazarlığına gələnlər qiymətlərin sərfəli olmasından, malların keyfiyyətindən və çeşidindən razı qaldıqlarını bildiriblər.

Şərhlər