Lavrovun Bakı səfəri münasibətlərimizin 20 illiyinə həsr edilib
29 Mart 2012 Cümə Axşamı 17:13
Rusiya XİN: "Azərbaycanı Cənubi Qafqazda və Xəzəryanı bölgədə öz strateji tərəfdaşımız sayırıq"
Rusiya xarici işlər naziri Sergey Lavrovun 3-4 aprel tarixində Azərbaycana edəcəyi səfər iki ölkə arasında 4 aprel 1992-ci ildə əsası qoyulmuş diplomatik münasibətlərin 20 illiyinə həsr edilib. ANS PRESS Rusiya XİN-in rəsmi saytına istinadən bildirir ki, Sergey Lavrov Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcək, baş nazir Artur Rəsizadə və Milli Məclisin sədri Oqtay Əsədovla görüşəcək, xarici işlər naziri Elmar Məmmədyarovla danışıqlar aparacaq.

Rusiya XİN-in məlumatında bildirilir ki, keçən dövr ərzində Rusiya və Azərbaycan müxtəlif sahələrdə dərin və məzmunlu dialoqun inkişafını nümayiş etdiriblər: «Azərbaycanı Cənubi Qafqazda və Xəzəryanı bölgədə öz strateji tərəfdaşımız sayırıq. Münasibətlərimiz bərabər hüquq, bir-birinin maraqlarına hörmət və dinc qonşuluq əsasında inkişaf edir»,- deyə məlumatda bildirilir.

Daha sonra məlumatda qeyd edilir ki, Rusiya-Azərbaycan tərəfdaşlığının strateji xüsusiyyətləri ikitərəfli baza sənədlərində - Rusiya Federasiyası ilə Azərbaycan arasında 3 iyul 1997-ci ildə bağlanmış dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik sazişində, 2001 və 2008-ci il tarixli Bakı bəyannamələrində, 2008-ci il tarixli Moskva bəyyannamələrində öz əksini tapıb: «İkitərəfli münasibətlərin inkişafında önəmli hadisə 3 iyul 2010 tarixdə Rusiya Federasiyası və Azərbaycan arasında dövlət sərhədi haqqında sazişin imzalanması olub».




DOSTLARINLA PAYLAŞ:

oyunlar