Ölkə

"Kurtlar Vadisi Fələstin" ABŞ-ın hesabatında

Dövlət Departamneti filmin yəhudilərin əleyhinə mesajlar verdiyini yazıb

· Xəbərçi
"Kurtlar Vadisi Fələstin" ABŞ-ın hesabatında
ABŞ Dövlət Departamentinin dini etiqad azadlığı haqda hesabatında "Kurtlar Vadisi Fələstin" filmi də tənqid olunub. ANS PRESS Türkiyə KİV-nə istinadən xəbər verir ki, 2010-cu ilin ikinci yarısını əhatə edən hesabatın Türkiyəyə aid hissəsində bildirilir ki, bəzi qəzetlər və televiziya proqramları xristian və yəhudilərin əleyhinə mesajlara yer verir. Yəhudilərin əleyhinə yazılmış ədəbi əsərlər məşhurdur. Bu baxımdan hesabatda "Kurtlar Vadisi Fələstin" filmindən də bəhs edilir.

Şərhlər