Kür çayı üzərində yeni asma körpü salınır
07 Sentyabr 2011 Çərşənbə 15:20
Uzunluğu 350 metr olan körpünün asma hisəsi 150 metr olacaq
Ələt-Astara yolunun yenidən tikilməsi ilə əlaqədar Azərbaycanın Salyan rayonu ərazisində, Kür çayı üzərində yeni asma körpu salınır. ANS TV-nin məlumatına görə, hazırda rayonun bu hissəsində iki körpu mövcud olsa da onlardan biri qeyri-işlək vəziyyətdədir. Yeni tikiləcək körpu isə bir sira özəllikləri və üstünlükləri ilə o birilərindən seçiləcək.

Mürəkkəb konstruksiyaya malik bu qurğunun inşasını “Azərkörpü” Açıq Səhmdar Cəmiyyəti həyata keçirir. Körpünün uzunluğu 350, asma hissəsi isə 150-metrdir. Körpu 5 aşırımlı olacaq. Kürün sahillərini birləşdirən bu yeni qurğunun eni 30 metr olmaqla 4 zolaqlı yoldan ibarət olacaq.

“Azərkörpü” ASC-nin sahə rəisi Pərviz Musayev bildirir ki, körpü yeni standartlara uyğun olacaq. Artıq işlərin muəyyən bir hisssi görülüb. Müvəqqəti dayaqların qurulması üçün estakada da artıq hazırdır və digər sahildə də estakadanın tikilişi gedir. 6 dayaqlı olması nəzərdə tutulan körpünün hazırda özülü betonlanıb. Körpu Ələt-Astara yolunun yeni hissəsi çəkilənə kimi, yəni 2013-cü ilə qədər istismara veriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar