Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin sədri fəaliyyətində ciddi qanun pozuntuları və digər nöqsanlara yol verdiyinə görə cəzalandırılıb. Məhkəmə-Hüquq Şurasından ANS PRESS-ə verilən məlumata görə, şuranın iclasında hakimlər barədə başlanılmış intizam icraatlarına baxılaraq İbrahim Fəttahovun vəzifəsindən başqa işə keçirilməsi haqqında qərar qəbul edilib. Həmçinin, qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 3 hakim barədə intizam icraatları başlanılııb.
Anar Məmmədov /ANS PRESS/