Hər bir vətəndaş banka zəng etməklə əmanətlərin qaytarılması ilə bağlı onu maraqlandıran suallara cavab ala bilər.
Azərbaycan prezidentinin 14 mart 2012-ci il tarixli Fərmanına əsasən, keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi ilə bağlı vətəndaşlardan daxil olan sualların cavablandırılması məqsədilə “Kapital Bank”da “Qaynar xətt” yaradılıb.
Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, indi hər bir vətəndaş iş günləri saat 09.00-dan 18.00-dək (012)498-84-52 nömrəsinə zəng etməklə onu maraqlandıran suallara cavab ala bilər.
Bundan başqa,
[email protected] elektron ünvanına məktub göndərməklə də suallara qısa zamanda aydınlıq gətirmək mümkündür. Yaxın günlərdə “Kapital Bank”ın www.kapitalbank.az saytında bu məqsədlə xüsusi bölmə də yaradılacaq.
Qeyd edək ki, birdəfəlik ödəmələrin verilməsi prosesinə 2012-ci ilin iyun ayından başlanacaq. Müraciətlərin qəbulu 2012-ci il 31 dekabr tarixinədək davam edəcək. Ödəmələrin verilməsi prosesi isə 31 dekabr 2013-cü il tarixinədək başa çatacaq.