“Xural” qəzetinin Lənkəran bürosunun rəhbəri Aydın Canıyev saxlanılıb. Lənkəran Şəhər Polis Şöbəsindən (ŞPŞ) APA-ya verilən məlumata görə, A. Canıyev sentyabrın 7-də günün ikinci yarısında sərxoş vəziyyətdə rayonun Səpnəkəran kəndində şairə Gülüş Xəlilovanın (Cavidan) yaşadığı evə gələrək qalmaqal salıb, şairəni və onun yaxınlarını söyüb, təhqir edib, evin qapı-pəncərələrini sındırıb.Daha sonra A.Canıyev kənd məscidinə girərək axund Mirbaba Tahirovdan pul tələb edib. İstəyinə çatmadıqda məscidin də qapı-pəncərələrini sındırıb, yaxınlıqdakı adamları söyüb. Yerli sakinlərin ŞPŞ-nə etdikləri müraciətdən sonra A. Canıyev saxlanılaraq şöbəyə gətirilib.
Lənkəran Rayon Məhkəməsinin qərarı ilə o, 15 sutka müddətinə azadlıqdan məhrum edilib.
A. Canıyev barəsində Lənkəran ŞPŞ-də Cinayət Məcəlləsinin 221.2 maddəsi (xuliqanlıq) ilə cinayət işi başlanıb, araşdırma aparılır. ANSPRESS
Jurnalist Aydın Canıyev həbs olunub
Lənkəran Rayon Məhkəməsinin qərarı ilə Aydın Canıyev 15 sutka müddətinə azadlıqdan məhrum edilib.




Şərhlər