İTV-nin baş direktoru kim olacaq?
07 Aprel 2009 Çərşənbə Axşamı 19:40
Sənəd qəbulu başa çatıb və müsabiqə yaxın 10 gün ərzində keçiriləcək

İctimai Televiziya və Radio Yayımları Şurası İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsini tutmaq üçün elan olumuş müsabiqədə iştirak sənədlərinin təqdim olunması müddəti başa çatdı. Yayım Şurasının rəhbəri Cahangir Məmmədlinin ANS PRESS-ə verdiyi məlumata görə, sənəd qəbulu 8 gün davam edib və müsabiqədə iştirak etmək üçün üç nəfər müraciət edib. Bunlar İTV-nin hazırkı baş direktoru İsmayıl Ömərov, ATV telekanalının əməkdaşı Bəhruz Məhərrəmov və "Carçi-film" Yaradıcılıq Birliyinin direktoru Azad Məmmədovdur. Cahangir Məmmədli bildirib ki, müsabiqə ən geci 10 gün ərzində keçiriləcək. Hazırda isə sənədlərin araşdırılması, namizədlərin təcrübəsinin öyrənilməsi prosesi gedir. İsmayıl Ömərov artıq bir neçə ildir ki, İTV-yə rəhbərlik edir. Cahangir Məmmədlinin sözlərinə görə, Azad Məmmədov da uzun müddət televiziya sahəsində rejissor kimi fəaliyyət göstərin: “Bəhruz Məhərrəmov isə gənc jurnalistdir. Amma çalışdığı telekanalda maraqlı süjetlər hazırlayır”. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar