Bakıda istifadə müddəti bitmiş, yararsız məhsullar aşkar edilib. Ümumi çəkisi 1420,1 kq olan 18336 ədəd yararsız ərzaq məhsulları (kolbasa, pendir, qənnadı məmulatları, yoqurt və s.) A.Cəlilov küçəsi, 23 ünvanında yerləşən “Fərid” müstəqil şirkətinə məxsus topdansatış obyektində tapılıb. Yarasız məhsullar İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin apardığı monitorinq zamanı aşkarlanıb. Məhsullar Dövlət Xidmətinin əməkdaşları tərəfindən satışdan çıxarılaraq məhv edilib. İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti bir daha əhalini mal alarkən diqqətli olmağı və keyfiyyətsiz məhsullarla bağlı Dövlət Xidmətinə məlumat verməyi tövsiyə edir./ANS PRESS/