Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya İqtisadi İnkişaf Nazirliyində vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə və müsahibə elan edib. Komissiyadan verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün sənədlərin qəbulu aprelin 6-dək Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən aparılır.
Sənədlər şəxsən və yaxud poçt vasitəsilə təqdim edilə bilər. Müsabiqə test imtahanı və müsahibədən ibarətdir. Test imtahanının keçirilmə vaxtı və test sualları komissiyanın rəsmi internet saytında yerləşdiriləcək. /ANS TV/