Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib. QMİ-dən bildirilib ki, Azərbaycanın zəvvarlarını Həcc ziyarətinə aparan avtobus karvanında hər hansı qəza baş verməyib, karvan artıq İordaniya-Səudiyyə Ərəbistanı sərhədindədir.
İdarədən o da bildirilib ki, qəzaya uğrayan Dağıstandan zəvvarları Həcc ziyarətinə aparan avtobus olub. Qəza nəticəsində bir nəfər ölüb, biri isə yaralanıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdulayev də APA-ya deyib ki, məsələ ilə bağlı Azərbaycanın İordaniyadakı səfirliyi ilə əlaqə saxlanılıb: “Səfirlik İordaniya Daxili İşlər Nazirliyinə istinadən məlumat verib ki, Azərbaycan zəvvarlarını aparan avtobus qəzaya düşməyib. Birinci qrup Həcc karvanının rəhbəri Vidadi müəllim də hadisənin baş vermədiyini deyib”.
İordaniya ərazisində qəzaya uğrayan Həcc avtobusu Azərbaycanın deyilmiş
İordaniya ərazisində qəzaya uğrayan, içərisində zəvvarların olduğu avtobus Azərbaycana aid deyil.




Şərhlər