Ölkə

"İnternet tariflərinin endirilməsi bu ayın sonunda hiss olunacaq"

İltimas Məmmədov bildirib ki, Azərbaycanda internet tarifləri regionda ən aşağı səviyyədədir

· Xəbərçi
"İnternet tariflərinin endirilməsi bu ayın sonunda hiss olunacaq"
İnternet xidməti lisenziyalaşdırılmayan xidmət növüdür. Tariflərin azaldılması üçün internet provayderlərinə hər cür şərait yaradılır. Azərbaycanda fəaliyyət göstərən 30-dan çox provayder arasında azad rəqabət qiymət amilinə təsir edir.

Bu barədə məlumat verən rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib ki, Azərbaycanda internet tarifləri regionda ən aşağı səviyyədədir. İnternet provayderlərinin qiymətləri endirməsi müəyyən zaman tələb edir. Texniki məsələlər gecikmələrə səbəb olur. İnternet tariflərinin endirilməsi bu ayın sonunda və ya gələn ay daha aydın hiss olunacaq.

Şərhlər