İnsan alveri qurbanlarına hüquqi yardım
21 Aprel 2009 Çərşənbə Axşamı 15:20
Layihə çərçivəsində insan alveri və ailədaxili zorakılığın qurbanı olan şəxslər pulsuz hüquqi yardım ala biləcəklər

Hüquqşünas Qadınlar Assosiasiyası “İnsan alveri qurbanlarına hüquqi yardım” layihəsinin icrasına başlayıb. Asossiasiyadan ANS PRESS-ə verilən məlumata görə, layihə Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilir. Aprelin 1-dən Bakı şəhərində təşkil olunan Hüquqi Yardım Mərkəzində insan alveri və ailədaxili zorakılıq qurbanlarının hüquqlarının və qanuni maraqlarının müdafiəsi üçün yüksək ixtisaslı hüquqşünaslar və psixoloq fəaliyyət göstərir. Qadınlar, yetkinlik yaşına çatmayan şəxslər, gənclər, miqrantlar, qeyri-hökumət təşkilatları, insan alveri qurbanına çevrilmiş istənilən digər şəxslər və insan alverinin potensial qurbanları, həmçinin ailədaxili zorakılığın qurbanı olan digər şəxslər pulsuz hüquqi yardım üçün e-mail və qaynar xətt vasitəsilə istənilən günün 24 saatı, bazar ertəsi-cümə günləri Mərkəzin ofisinə gəlməklə müraciət edə bilərlər. Qaynar xətt : (012) 418-19-30, Email: [email protected]

Anar Məmmədov /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar