"İnanıram ki, "Eurovision" üçün kompleks tezliklə tikiləcək"
09 Sentyabr 2011 Cümə 13:41
Bu barədə gənclər və idman naziri Azad Rəhimov danışıb
İnanıram ki, "Eurovision-2012" mahnı müsabiqəsi üçün yeni kompleks tezliklə tikiləcək. Bunu bu gün keçirilən mətbuat konfransında jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov bildirib.

Onun sözlərinə görə, Baku Crystal Palace (Eurovision-2012 mahnı müsabiqəsinin keçirilə biləcəyi konsert komplekslərindən biri) kompleksinin tikinti işlərinə artıq start verilib.

“İnanıram ki, Baku Crystal Palace tezliklə tikiləcək. Bu işlə olduqca ciddi şirklətlər məşğul olur. Hesab ediləm ki, hər şey vaxtında və yüksək səviyyədə təşkil ediləcək. Onlar işlərini yerinə yetirməyi çatdırmasalar, imzalanan sazişdə şikayət nəzərdə tutulub, amma, ümid edirəm ki, iş bu yerə çatmayacaq”, - deyə Azad Rəhimov əlavə edib.

Gənclər və idman naziri əlavə olaraq bildirib ki, ehtiyat variantlar da mövcuddur: “Məsələn, Heydər Əliyev adına İdman-Konsert kompleksi çıxış yolu ola bilər. Düzdür, orada əlavə işlərin aparılamasına ehtiyac var”.



DOSTLARINLA PAYLAŞ:

oyunlar