İlk qar Bakıda elektrik enerjisi ilə bağlı problem yaradıb
07 Noyabr 2011 Bazar Ertəsi 15:04
Güclü külək paytaxtın müxtəlif yerlərində əhalini işıqsız qoyub.
Ölkədə havanın kəskin pisləşməsi Bakı şəhərinin müxtəlif yerlərində elektrik enerjisi təminatı ilə bağlı problemlər yaradıb. Paytaxtın Binəqədi, Xətai rayonları, eləcə də Abşeron rayonu və Xırdalan şəhərində enerjinin verilməsində fasilələr yaranıb.
“Bakıelektrikşəbəkəsi” ASC-nin əməkdaşlarının səyləri ilə bu problemlər qismən aradan qaldırılıb. Şəbəkənin baş mühəndisi Zakir Quliyevin verdiyi məlumata görə, Binəqədi rayonunda baş verən qəza artıq aradan qaldırılıb.
Zığ qəsəbəsində isə ağacın elektrik xətlərinin üstünə düşməsi elektrik təminatını kəsib. Baş mühəndis bildirib ki, hazırda qəzanın aradan qaldırılması istiqamətində iş aparılır. Ümumilikdə, şəbəkənin nümayəndəsi Bakının enerji təminatında ciddi problemlərin olmadığı, şəbəkənin normal fəaliyyət göstərdiyini bildirib.
DOSTLARINLA PAYLAŞ: