İlk iki ayda 12 hərbçi itirib
06 Mart 2009 Cümə 15:00
Cari ilin yanvar və fevral aylarında Azərbaycan Silahlı Qüvvələri 12 hərbi qulluqçusunu itirib. APA-nın bildirdiyinə görə, bu barədə Hərbi Analitik Tədqiqatlar Mərkəzinin (HATM) keçirdiyi mətbuat konfransında məlumat verilib.
HATM-ın rəhbəri Yaşar Cəfərli deyib ki, bunlardan 6-sı döyüş, qalanları isə qeyri-döyüş itkiləridir. Hesabat dövründə qeyri-nizamnamə hərəkətlərindən 3, xəstəlikdən isə 1 hərbi qulluqçu dünyasını dəyişib, 2 hərbçi isə intihar edib.
Dünyasını dəyişmiş hərbi qulluqçuların 1-i Dövlət Sərhəd Xidmətinin, qalanları isə Müdafiə Nazirliyinin hərbi qulluqçularıdır. Hesabat dövründə Azərbaycan Silahlı Qüvvələrinin 1 hərbi qulluqçusu erməni silahlı qüvvələri tərəfindən açılan atəş nəticəsində yaralanıb.
Qeyd edək ki, HATM 2008-ci ilin iyul ayında 8 qeyri-hökumət təşkilatı tərəfindən təsis edilib.
DOSTLARINLA PAYLAŞ: