Bu ilin sonunadək Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” perspektiv yatağının işlənməsi layihəsinin ikinci fazasının icrasına başlanacaq. AzərTAc xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev jurnalistlərə müsahibəsində deyib. Bu il “Şahdəniz-1” layihəsinin 15 ilinin tamam olduğunu bildirən R.Abdullayev ötən müddətdə Azərbaycanın neft strategiyasının özünü doğrultduğunu qeyd edib. ARDNŞ prezidenti “Şahdəniz-2” layihəsinin Türkiyə və Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verəcəyinə ümidvar olduğunu söyləyib.
“Şahdəniz-2” layihəsi çərçivəsində Azərbaycanda illik qaz hasilatının 30 milyard kubmetrə çatacağı proqnozlaşdırılır. ANSPRESS
İlin sonunadək Şahdəniz-2 layihəsinin icrasına başlanacaq
Layihə çərçivəsində Azərbaycanda illik qaz hasilatının 30 milyard kubmetrə çatacağı proqnozlaşdırılır.




Şərhlər