İlham Əliyev yeni icra başçıları təyin edib
14 Aprel 2012 Şənbə 17:55
Prezident bir sıra şəhər və rayonların icra başçılarını dəyişdirib yeni icra başçıları təyin edib.
Azərbaycanın bir sıra şəhər və rayonlarının İcra hakimiyyətlərinə yeni başçılar təyin olunub. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev Taleh Azay oğlu Qaraşovun Astara rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə Taleh Qaraşov Lənkəran şəhəri İcra Hakimiyyətinin başçısı təyin olunub.
Dövlət başçısı imzaladığı sərəncamlarla Qəzənfər Arif oğlu Ağayevi Masallı rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib və onu Astara rayonu İcra Hakimiyyətinin başçısı təyin edib.
Prezident İlham Əliyevin daha bir sərəncamı ilə Əlibaba Nəcəf oğlu Əliyev Bakı şəhəri Sabunçu rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
DOSTLARINLA PAYLAŞ: