İlham Əliyev Türkiyənin elm, sənaye və texnologiya nazirini qəbul edib
27 Aprel 2012 Cümə 12:52
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının elm, sənaye və texnologiya naziri Nihat Ergünün başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan ilə Türkiyə arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev elm, sənaye və texnologiya sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu qeyd etdi. Dövlətimizin başçısı Türkiyənin elm, sənaye və texnologiya naziri Nihat Ergünün ölkəmizə səfərinin bu sahədə əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi baxımından önəmli olacağına əminliyini ifadə edib.
Türkiyə Respublikasının elm, sənaye və texnologiya naziri Nihat Ergün Prezident Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb. Nihat Ergün Azərbaycana səfərindən və Prezident İlham Əliyev ilə görüşündən böyük məmnunluq hissi keçirdiyini deyib. Türkiyəli nazir səfər zamanı rəhbərlik etdiyi nazirliklə Azərbaycanın müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı səmərəli müzakirələr aparacaqlarına ümidvar olduğunu vurğulayıb.
Dövlət başçısı Prezident Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyənin Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.
DOSTLARINLA PAYLAŞ: