Ölkə

İlham Əliyev İlyas Umaxanovu qəbul edib

Prezident Rusiya Federal Məclisinin Federasiya Şurası sədrinin müavini ilə görüşüb

· Xəbərçi
İlham Əliyev İlyas Umaxanovu qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası sədrinin müavini İlyas Umaxanovu qəbul edib. Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası ilə ölkəmiz arasında əlaqələrin daha da möhkəmləndirilməsi baxımından önəmi qeyd olunub.

İlyas Umaxanovun ölkəmizə səfərinin bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcəyi vurğulanıb.

Şərhlər