İlham Əliyev Dmitri Medvedevə başsağlığı verib
08 Sentyabr 2011 Cümə Axşamı 14:50
"Yaroslavl yaxınlığında çoxsaylı insan tələfatı ilə nəticələnmiş təyyarə qəzası haqqında xəbər məni dərindən sarsıdıb2
Azərbaycan prezodenti Yaroslavl yaxınlığında çoxsaylı insan tələfatı ilə nəticələnmiş təyyarə qəzası ilə bağlı Rusiya Federasiyasının prezidenti Dmitri Medvedevə başsağlı verib.

"Yaroslavl yaxınlığında çoxsaylı insan tələfatı ilə nəticələnmiş təyyarə qəzası haqqında xəbər məni dərindən sarsıdıb.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm", deyə məktubda qeyd olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar