İlham Əliyev Bakıda yeni piyada keçidlərinin açılışlarını edib
28 Dekabr 2011 Çərşənbə 19:09
Görülən işlərlə yaxından tanış olan dövlət başçısı müvafiq tapşırıqlarını verib.
Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva paytaxtın Səbail rayonu ərazisində yeni piyada keçidlərinin açılışlarında iştirak ediblər. Prezident və xanımı əvvəlcə Neftçilər prospektində, Dəniz vağzalının önündə inşa edilən piyada keçidinin açılışına qatılıblar.

Piyada keçidinin göstəriciləri barədə dövlət başçısına məlumat verilib. Bildirilib ki, keçidin tunelinin uzunluğu 107, eni 8, hündürlüyü isə 3 metrdir, iki çıxışı var. Çıxışlardan biri Milli park tərəfdə, digəri isə “Abşeron” mehmanxanasının önündədir. Keçiddə dörd eskalator və ilk dəfə olaraq bir əlil lifti quraşdırılıb. Qranit plitələrlə üzlənmiş keçidin pilləkənlərində sürüşkənliyi aradan qaldırmaq üçün xüsusi tədbirlər görülüb. Keçiddə müasir drenaj sistemi quraşdırılıb.

Dəniz vağzalının qarşısındakı piyada keçidi ilə tanışlıqdan sonra dövlət başçısı və xanımı metronun “Sahil” stansiyasının yanındakı yeraltı piyada keçidinin açılışında iştirak ediblər. Prezidentə məlumat verilib ki, tunelin uzunluğu 220, eni 8 metrdir. Yağış sularının dənizə axıdılması üçün xüsusi boru xətti çəkilib. Piyada keçidində ilk dəfə olaraq üfüqi eskalator quraşdırılıb. Səkkiz çıxışdan ibarət piyada keçidinin istifadəyə verilməsi ilə əhalinin təhlükəsiz hərəkəti üçün əlverişli şərait yaradılıb.

Prezident və xanımı daha sonra paytaxtın “Azneft” meydanında inşa edilmiş üç yeraltı keçidin açılışında iştirak ediblər. Dövlət başçısına məlumat verilib ki, buradakı tunellərdən birincisinin uzunluğu 104, eni 8, ikincisinin uzunluğu 58, eni 5, üçüncüsünün uzunluğu 76, eni isə 5 metrdir. Bu keçidlərdə də qranit plitələrlə üzlənib. Keçidlərdə müasir işıqlandırma sistemi quraşdırılıb.

Görülən işlərlə yaxından tanış olan dövlət başçısı müvafiq tapşırıqlarını verib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar