Ölkə

İlham Əliyev: Azərbaycan regionda ən güclü orduya malikdir

İlham Əliyev: "Azərbaycanın öz hərbi gücünü artırması Ermənistanda narahatlığa səbəb olur".

· Xəbərçi
İlham Əliyev: Azərbaycan regionda ən güclü orduya malikdir
Azərbaycan ordusu regionda ən güclü ordudur. Bu barədə Prezident İlham Əliyev bazar ertəsi Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bəyan edib.

"Bu gün bizim ordumuz böyük potensiala malikdir və regionda ən güclü ordudur", - deyə dövlət başçısı bildirib.

Prezident qeyd edib ki, Azərbaycanın öz hərbi gücünü artırması Ermənistanda narahatlığa səbəb olur.

O vurğulayıb ki, əgər 2010-cu ildə Azərbaycanın hərbi xərcləri $3,413 mlrd. təşkil edirdisə, 2011-ci ildə $3,474 mlrd-a bərabərdir.

Şərhlər