İki teleradio şirkətin lisenziyası uzadıldı
05 Mart 2012 Bazar Ertəsi 15:54
MTRŞ-da iclas keçirilib.
Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. MTRŞ-dan ANS PRESS-ə verilən məlumata görə, iclasda “Alternativ” Tele-Radio Məhdud Məsuliyyətli Cəmiyyətinin və “Xəyal” Müstəqil Tele-Radio Şirkətinin regional televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətinə baxılıb. “Alternativ” Tele-Radio Məhdud Məsuliyyətli Cəmiyyətinin və “Xəyal” Müstəqil Tele-Radio Şirkətinin regional televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin daha 6 il uzadılması barədə qərar qəbul edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar