"İki sahil" qəzeti Neftçilər Gününə həsr olunan xüsusi buraxılış hazırlayıb
20 Sentyabr 2011 Çərşənbə Axşamı 14:24
"İki sahil" qəzeti Neftçilər Gününə həsr olunan xüsusi buraxılış hazırlayıb


Bakı-APA. "İki sahil" qəzeti 20 sentyabr - Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb. APA-nın xəbərinə görə, bu gün işıq üzü görən 164 səhifəlik buraxılışda Azərbaycan neft-qaz sənayesinin son 17 ildə keçdiyi inkişaf yolunu əks etdirən yazılar dərc olunub. Xüsusi buraxılışda Azərbaycan neft sənayesinin çoxəsrlik tarixinə işıq salınıb, son 17 ildə imzalanmış beynəlxalq neft sazişlərinin Azərbaycan iqtisadiyyatının dinamik inkişafında müstəsna rol oynadığı diqqətə çatdırılıb. "Əsrin müqaviləsi"nin əhəmiyyəti xüsusi buraxılışda dərc olunan yazıların hər birində önə çəkilib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevin Azərbaycanın neft sənayesi işçilərinə bayram təbrikində bildirilib ki, dünya enerji bazarında etibarlı neft ixracatçısı kimi özünü çoxdan təsdiq etmiş Azərbaycan son illərdə beynəlxalq qaz tədarükü sisteminə inamla daxil olaraq, bu sahədə yeni-yeni nailiyyətlər qazanıb. R. Abdullayevin "Neft-qaz sektoru intibah dövrünü yaşayır" yazısında qeyd edilib ki, Azərbaycanın müasir yüksəliş dövrü ümummilli lider Heydər Əliyev tərəfindən işlənib hazırlanmış yeni neft strategiyasının uğurları ilə başlanıb.
Yazıda o da qeyd edilir ki, ölkə daxilində və xaricdə həyata keçirilən neft-qaz və neft-kimya əməliyyatlarında Azərbaycanı layiqincə təmsil edən ARDNŞ modern, müasir tələblərə cavab verən güclü və çevik quruma çevrilmək istiqamətində fəaliyyətini daha da genişləndirib. "Qarşıda bizi daha böyük işlər gözləyir" deyən R. Abdullayev diqqətə çatdırıb ki, bu layihələrin uğur qazanması üçün müasir biliklərə yiyələnmiş gənc kadrlara böyük ehtiyac var.
Xüsusi buraxılışda ARDNŞ-in birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin, iqtisadi məsələlər üzrə vitse-prezident Süleyman Qasımovun, sərmayələr və marketinq üzrə vitse-prezident Elşad Nəsirovun, emal üzrə vitse-prezident David Məmmədovun, vitse-prezident Mikayıl İsmayılovun, sosial məsələlər üzrə vitse-prezident Bədəl Bədəlovun, "Neftçi" PFK-nin prezidenti Sadıq Sadıqovun, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin və başqalarının yazıları dərc olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar