İki rayonun hərbi komissarı dəyişdirilib
05 Dekabr 2011 Bazar Ertəsi 11:54
Azərbaycanda iki rayonun hərbi komissarı dəyişdirilib.
APA-nın məlumatına görə, müdafiə naziri, general polkovnik Səfər Əbiyevin müvafiq əmri ilə nazirliyin Təşkilat və Səfərbərlik İdarəsinin rəis müavini Eldar Tağıyev Bakının Xətai rayon hərbi komissarı vəzifəsinə təyin olunub. Nazirin digər əmri ilə Zəngilan rayonunun sabiq hərbi komissarı Səbuhi Abdullayev isə Cəbrayıl rayon hərbi komissarı vəzifəsinə təyin edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar