İki müəssisənin fəaliyyəti dayandırılıb
03 Aprel 2009 Cümə 16:35
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müfəttişləri bu müəssisələrdə ciddi nöqsanlar aşkar edib

 

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müfəttişləri tərəfindən həyata keçirilən dövlət nəzarəti tədbirləri nəticəsində daha iki müəssisədə ciddi nöqsanlar aşkar edilib. Komitənin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Bakı şəhərində unlu qənnadı məmulatlar istehsalı ilə məşğul olan fiziki şəxs Oruc Hümmətov və fiziki şəxs Akif Vəliyevə məxsus müəssisələrdə fiziki-kimyəvi göstəricilərə, markalanmaya və s. tələblərə görə normativ sənədlərə cavab verilmədiyi, hazır məhsulların laborator müayinəsinin aparılmadığı, uyğunluq və gigiyenik sertifikatları, habelə lazımi istehsal şəraitinin olmadığı, antisanitariya faktları aşkarlanıb. İstehsal qaydaları kobud şəkildə pozulmuş müəssisə rəhbərlərinə məhsul növünün istehsalı və satışının qadağan edilməsi barədə tələbnamə verilib. Komitə nəzarət tədbirlərinin davam etdiriləcəyini bildirir.

Röya Rəfiyeva /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar