Bakı şəhərində bir sıra haqsız rəqabət hallarının qarşısı alınıb. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, ev 8A, mənzil 1 ünvanında İlham Mustafayevə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı şərq şirniyyatlarının (qoğal, kətə, kurabiyə, qat-qat və s.) müvafiq reseptura və uyğunluq sertifikatı olmadan istehsal edilmsi, habelə həmin şirniyyatların saxlama müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin edilməsi və istehsal edilən şirniyyatların insan orqanizmi üçün təhlükəli olması səbəbindən İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdı.
Dövlət Xidmətində istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsi ilə bağlı işə baxılmış və "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə İlham Mustafayevə 1,3 min manat maliyyə sanksiyası tətbiq edilmişdir.
İİN haqsız rəqabət hallarının qarşısnı alıb
Bakı şəhərində istehsal edilən bəzi şirniyyatların orqanizm üçün təhlükəli olması müəyyənləşdirilib.




Şərhlər