“Heydər zirvəsi”nə giriş pulsuz olacaq
02 May 2012 Çərşənbə 01:01
ETSN mayın 4-11-də “Heydər zirvəsi”nə qalxan yürüş iştirakçılarını birdəfəlik giriş haqqından azad edib.
Heydər Əliyevin doğum günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Şahdağ Milli Parkının ərazisində yerləşən “Heydər zirvəsi”nə 04-11 may 2012-ci il tarixlərində kütləvi yürüşlərin təşkil olunmasına dair müxtəlif təşkilatlardan müraciətlər daxil olub. ANS PRESS-in nazirliyin internet saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasından daxil olmuş məktubda 241 nəfərin, Azərbaycan Respublikası Alpinizm Federasiyasından isə müxtəlif vaxtlarda daxil olmuş 3 məktubda ümumilikdə 75 nəfərin yürüş edəcəyi bildirilib. Bütün müraciətlərdə adları göstərilən şəxslərə Milli Parkın ərazisinə giriş üçün icazə verilib.

Nazirliyin aidiyyəti qurumları tərəfindən kütləvi yürüşlərin yüksək səviyyədə həyata keçirilməsi və yürüş iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xınalıq kəndi ərazisindən “Heydər zirvəsi”nə gedən müvafiq marşrut Şahdağ Milli Parkı tərəfindən yürüş üçün tam uyğunlaşdırılaraq hazır vəziyyətə gətirilib. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Əmrinə əsasən 04-11 may 2012-ci il tarixlərində ümummilli lider Heydər Əliyevin doğum günü ilə əlaqədar Şahdağ Milli Parkının ərazisində yerləşən “Heydər zirvəsi”nə yürüş edən iştirakçılar birdəfəlik giriş haqqından azad edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar