Hərbi xidmətə növbəti çağırış elan edilir
07 Sentyabr 2011 Çərşənbə 19:23
İlham Əliyev həqiqi hərbi xidmətə çağırış və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında fərman imzalayıb.
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2011-ci il oktyabrın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında fərman imzalayıb.

ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, 1993-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1976-1992-ci illərdə doğulmuş, yaşı 35-dək olan, respublikanın Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan Respublikası vətəndaşları 2011-ci il oktyabrın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılır.

“Hərbi xidmət haqqında” qanunda nəzərdə tutulmuş xidmət müddətini keçmiş əsgər, matros və çavuşlar isə 2011-ci il oktyabrın 1-dən 30-dək ehtiyata buraxılırlar.

Nazirlər Kabineti və yerli icra hakimiyyəti orqanlarına Fərmanın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görmək tapşırılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar