Bu gündən ölkədə həqiqi hərbi xidmətə çağırış başlayır. Prezidentin müvafiq fərmanına uyğun olaraq 1991-ci ildə doğulmuş və çağırış günü üçün 18 yaşı tamam olmuş, habelə 1974-1990-cı illərdə doğulmuş, yaşı 35-dək olan, respublikanın Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan vətəndaşlar aprelin 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılır. «Hərbi xidmət haqqında» qanunda nəzərdə tutulmuş xidmət müddətini keçmiş əsgər, matros və çavuşlar aprelin 30-dək ehtiyata buraxılacaqlar./ANS PRESS/