Hərbi xidmətə çağırış başlayır
17 Mart 2009 Çərşənbə Axşamı 19:50
“Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmət müddətini keçmiş əsgər, matros və çavuşlar isə aprelin 1-dən 30-dək ehtiyata buraxılacaqlar

Azərbaycan Respublikası vətəndaşlarının hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Fərman imzalayıb. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin komplektləşdirilməsi üçün dövlət başçısı qərara alır ki, 1991-ci ildə doğulmuş və çağırış günü üçün 18 yaşı tamam olmuş, habelə 1974-1990-cı illərdə doğulmuş, yaşı 35-dək olan, Respublikanın Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan Respublikası vətəndaşları 2009-cu ilin aprelin 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılsınlar. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmət müddətini keçmiş əsgər, matros və çavuşlar 2009-cu ilin aprelin 1-dən 30-dək ehtiyata buraxılacaqlar. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar