Hərbi qulluqçular mükafatlandırılıb
12 Mart 2009 Cümə Axşamı 20:10
Ümumilikdə 10 nəfər “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib

 

Prezident İlham Əliyev, “Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının təltif edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncamla Azərbaycan dövlətçiliyinin qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsində, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən yüksək peşəkarlıq göstərdiklərinə görə DİN Daxili Qoşunlarının aşağıda adları göstərilən hərbi qulluqçuları təltif ediliblər:

          “İgidliyə görə” medalı ilə:

Hüseynov İlham Tofiq oğlu -leytenant (ölümündən sonra)
Yolçuyev Əli Kərim oğlu -çavuş (ölümündən sonra)

         “Hərbi xidmətlərə görə” medalı ilə:

Əliyev Elçin Vəli oğlu -tibb xidməti polkovniki
İsmayılov İlham İsmayıl oğlu –polkovnik
Qurbanov Cəbrayıl Qurban oğlu -polkovnik
Abdurəhmanov Salman Nəriman oğlu -polkovnik-leytenant
Budaqov Məftun Məmməd oğlu -polkovnik-leytenant
Salehov Səftər Sabir oğlu -polkovnik-leytenant
Xasayev Sədrəddin Məmməd oğlu -mayor
Mahmudov Zahid Alı oğlu -baş leytenant (ölümündən sonra)

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar