“Hər bir işdə faydalılıq əmsalını artırmaq üçün müəyyən təkmilləşdirmələrin aparılması təbiidir. Burada əsas məqsəd prezidentin hərbi çağırışla bağlı fərmanlarının lazımı tərzdə icrasından ibarətdir. Müdafiə Nazirliyi çalışır ki, fərmandan irəli gələn tələblər yüksək səviyyədə həyata keçsin, komplektləşdirmədə qüsurlara yol verilməsin. Biz bu prosesdə müsbət nəticə əldə edəcəyimizə inanırıq”.
Nazirlik sözçüsü deyib ki, çağırış zamanı valideynlərin öz övladlarının taleyindən narahat olmamaları ilk növbədə nəzərə alınıb. E. Sabiroğlu bunun üçün Müdafiə Nazirliyinin Baş Qərargahının Təşkilat Səfərbərlik İdarəsinin nəzdində “Qaynar xətt” yaradıldığını, bu xətt vasitəsi ilə valideynlərin övladlarının hansı hərbi hissədə və hansı qoşun növündə xidmət edəcəyini əvvəlcədən öyrənə biləcəklərini söyləyib.
E. Sabiroğlu “Qaynar xətt”ə (438-61 10, 439-55-14, 439-23-55, 439-90-28) istənilən vaxt zəng etmək mümkün olduğunu vurğulayıb.
Hərbi çağırış qaydalarında dəyişiklik edilib
Azərbaycanda hərbi çağırış qaydalarında dəyişiklik edilib. Dəyişikliyin hansı zərurətdən edilməsi ilə bağlı APA-nın sualını cavablandıran Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu deyib ki, əsas məqsəd prezidentin hərbi çağırışla bağlı fərmanlarının lazımı tərzdə icrasına nail olmaqdır:




Şərhlər