Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin növbəti görüşünün Nyu-Yorkda keçirilməsi planlaşdırılıb. ANS PRESS "Rosbalt" agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib.
“Həmsədrlərin növbəti görüşünün sentyabrın 20-i tarixlərində Nyu-Yorkda BMT Baş Assamleyası çərçivəsində keçirilməsi planlaşdırılır”, - deyə A.Lukaşeviç qeyd edib.
Xatırladaq ki, həmsədrlər sonuncu dəfə sentyabrın 7-də Vyanada – ATƏT-in mənzil-qərargahında görüşərək plan məsləhətləşmələri aparıblar.Onların təxmini iş qrafiki ATƏT-in Nazirlər Şurasının Vilnüsdə keçiriləcək dekabr iclasına qədər məyyən edilib. Həmin gün onlar Minsk qrupunun digər üzvlərinə prosesin gedişi ilə bağlı məlumat veriblər.
Həmsədrlərin növbəti görüşünün vaxtı və yeri açıqlanıb
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç məlumat verib




Şərhlər