Həmsədrlər regiona səfər çərçivəsində Xankəndidə də olacaqlar
21 Aprel 2009 Çərşənbə Axşamı 17:10
ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona bu dəfəki səfəri İrəvan- Bakı- Xankəndi-İrəvan istiqamətində olacaq

 

ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona bu dəfəki səfəri İrəvan- Bakı- Xankəndi-İrəvan istiqamətində olacaq. Səfər çərçivəsində onlar Xankəndinə də gedəcəklər. Bu barədə ANS PRESS-ə ATƏT-in baş ofisindən məlumat verilib.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri bu gündən başlayır. Həmsədrlər aprelin 21-də ikigünlük səfərlə İrəvanda olacaqlar. Onların bu ölkənin xarici işlər naziri Edvard Nalbandyan və prezident Serj Sarkisyanla görüşü gözlənilir.

Aprelin 23-24-də isə həmsədrlər, o cümlədən, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik Bakıda səfərdə olacaqlar. Səfərin məqsədi münaqişənin nizamlanma prosesini sürətləndirmək üçün hər iki ölkənin rəhbərləri ilə danışıqlar aparmaqdır.

Kəmalə Ramazanova/ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar