Həftəsonu üçün hava proqnozu açıqlanıb
23 Mart 2012 Cümə 11:09
Hava şəraiti meteohəssas insanlar üçün əlverişsizdir.
Bu gün Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, yağıntılı hava olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, havanın temperaturunun gecə 2-5° isti, gündüz 8-13° isti, Bakıda gecə 3-5° isti, gündüz 11-13° isti olacağı gözlənilir. Martın 23-25-i təzadlı hava şəraiti meteohəssas insanlar üçün əlverişsiz olacaq.

Naxçıvan Muxtar Respublikasında - arabir yağış, dağlıq ərazilərdə sulu qar yağacağı gözlənilir. Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən, Gədəbəy rayonlarında arabir sulu qar, qar yağacağı gözlənilir. Temperaturun gecə 3° şaxtadan 2° -dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl rayonlarında arabir yağış, dağlıq ərazilərdə sulu qar yağacağı gözlənilir. Temperaturun gecə 2-6° isti, gündüz 9-14° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağıntılı olacaq, sulu qar, qar yağacağı gözlənilir. Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 4° şaxtadan 1°-dək isti, gündüz 4-9° isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 8-13° şaxta olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Ağdaş,Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir yağış yağacağı ehtimalı var. Temperaturun gecə 3-7° isti, gündüz 10-15° isti olacağı gözlənilir.

Masallı, Yardımlı,Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış, dağlıq ərazilərdə sulu qar yağacağı gözlənilir. Temperaturun gecə 3-5° isti, gündüz 10-15° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar