Həftəsonu hava necə olacaq?
09 Sentyabr 2011 Cümə 12:12
Bakı və Abşeron yarımadasında sentyabrın 10-da hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq.
Mülayim cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, gecə 16-21, gündüz 28-33, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 21-22 dərəcə olacaq.
Sentyabrın 11-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Gecə 14-18, gündüz 22-26 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında sentyabrın 10-da hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Gecə 15-20, gündüz 30-35, dağlarda gecə 9-14, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.
Sentyabrın 11-də arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-19, gündüz 23-28, dağlarda gecə 7-12, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.
DOSTLARINLA PAYLAŞ: