Havanın temperaturu tədricən yüksələcək
07 Sentyabr 2011 Çərşənbə 12:29
Sabah Lənkəran-Astara zonasında qısamüddətli yağış yağacağı ehtimalı var.
Yaxın 3 gündə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, temperaturun tədricən yüksələcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.
Sentyabrın 9-da hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Cənub küləyi əsəcək. Gecə 15-20, gündüz 27-32 dərəcə isti olacaq.
Sentyabrın 10-da hava dəyişkən buludlu, yağmursuz keçəcək. Səhər zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək, axşam və gecəyə doğru arabir güclənəcək. Havanın temperaturunun gecə 16-21, gündüz 29-34 dərəcə isti təşkil edəcək.
Sentyabrın 8-də Azərbaycanın əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər Lənkəran-Astara zonasında qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 13-18, gündüz 26-31, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti olacaq.
Sentyabrın 9-10-da bölgələrdə hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək, axşama doğru arabir güclənəcək. Gecə 15-20, gündüz 29-34, dağlarda gecə 9-14, gündüz 19-24 dərəcə isti proqnozlaşdırılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: